Populyar suallar
Bileti qaytarmaq/dəyişmək istəyirəm. Bunu necə edim?
Ödənişin geri qaytarılması və ya biletin dəyişdirilməsi, aviaşirkətin qaydalarından və biletin tarifindən asılıdır. Bəzi hallarda biletin tam ödənişi qaytarılır və ya bilet əlavə ödənişsiz dəyişdirilir, bəzən isə agentlik qaytarılma və ya dəyişdirilmə ilə köməklik etmək üçün əlavə ödəniş tələb edir. Bəzi tariflər bileti əlavə ödənişlə dəyişdirmək və ya qaytarmaq imkanı verir, bəziləri ilə isə bunu etmək mümkün deyil. Əgər uçuşunuz ləğv olunursa, ödənişi geri ala və ya gələcək uçuşlar üçün vauçerə dəyişdirə bilərsiniz. Şərtləri öyrənmək üçün satıcıya müraciət etməlisiniz. Satıcı haqqında məlumat biletlə e-mail ünvanınıza göndərilir. Əgər siz reysə gecikdinizsə Əgər uçuşa çatmayacağınızdan əminsinizsə, mümkün qədər tez aviaşirkətlə əlaqə saxlayın və onlara uçmayacağınızı bildirin. Bir və ya daha çox köçürülməniz varsa, və onlar bir yerdə rezervasiya edilibsə (bütün marşrut bir biletdədir), ilk reysə geciksəniz, bütün marşruta gecikmiş kimi hesablanacaqsınız, və bütün marşrut ləğv olunacaq. Hava limanındasınızsa, uçmalı olduğunuz hava yolu nümayəndələrinə yaxınlaşın və seçimlərinizin nə olduğunu soruşun. Vəziyyəti təsvir edin və aviaşirkətin sizi ən yaxın uçuşa köçürə biləcəyini və ya əlavə ödəniş ilə başqa uçuş seçmək imkanı verə biləcəyini öyrənin. Sərnişinin şəxsi səbəblərə görə uçuşa gecikməsi dəyişdirilmə və ya ödənişin geri qaytarılması üçün əsas deyil. Hər şey aviaşirkətin qaydalarından və sizin biletinizin tarifindən asılıdır. Əgər xəstəliyə görə uça bilmirsinizsə Təəssüf ki, xəstəlik biletin dəyişdirilməsi və ya geri qaytarılması üçün əsas deyil. Gediş tarixlərini dəyişdirmək və ya biletin tərifi bunu nəzərdə tutursa, pulu geri qaytarmaq mümkündür. Tarif haqqında məlumat biletdə qeyd olunur. Əlavə məlumat almaq üçün satıcı ilə əlaqə saxlaya bilərsiniz. Əgər köməyə ehtiyacınız varsa, səhifənin aşağı hissəsindəki rəy formasında vəziyyəti təsvir edin və biletinizi əlavə edin. Bilet alış zamanı qeyd etdiyiniz e-mail ünvanına ödənişdən sonra 3 saat ərzində göndərilir.
Mənə bilet göndərilmədi
Satıcı bileti alış zamanı qeyd etdiyiniz e-mail ünvanına ödənişdən sonra 3 saat ərzində göndərir. Məktubu görmürsünüzsə, poçt qutunuzdakı “Spam” qovluğunu yoxlayın - məktublar bəzən orada olur. “Spam”- da yoxdur “Spam” boşdursa və alışdan 3 saat keçibsə, bunun səbəbi alış zamanı e-mail ünvanınızı səhv qeyd etməyiniz ola bilər. Bunu düzəltmək üçün sifariş etdiyiniz satıcıya müraciət edin. Onlar bileti düzgün poçta göndərəcək.Satıcını xatırlamıram Internet bankından və ya SMS-dən əməliyyat barədə məlumat yoxlayın - orada bron etdiyiniz biletin satıcısının adı göstərilib. Onun kontaktlarını tapın və əlaqə saxlayın. Ad və soyad, səyahət tarixləri və istiqamətləri bildirin. Operator sifarişinizi tapacaq və bileti düzgün poçta göndərəcək.Əgər köməyə ehtiyacınız varsa, səhifənin altındakı rəy formasında vəziyyəti təsvir edin, biletin alışı haqqında bank əməliyyatı çıxarışı və ya SMS-in ekran görüntüsünü əlavə edin. Biz sizə bununla kömək edə bilərik.
Sizinlə necə əlaqə saxlaya bilərik?
Bizimlə info@biletal.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Alış zamanı səhv daxil olunan məlumatı necə düzəltmək olar
Bəzi aviaşirkətlər ad, soyad və ata adında üç hərf səhvinədək qəbul edir. Səhv etmisinizsə və məlumatları düzəltmək istəyirsinizsə, aviaşirkət və ya satıcı ilə əlaqə saxlayın (onların adları biletinizdə var). Çox vaxt səhvi satıcının çağrı mərkəzinə zəng edərək və ya aviaşirkətin saytındakı şəxsi hesabınızda düzəldə bilərsiniz. Adətən bu pulsuzdur, lakin həmişə belə deyil. Bütün şərtlər çağrı mərkəzinin operatoru ilə və ya birbaşa şirkətin saytında dəqiqləşdirmək olar. Bilet satıcısının (agentlik) köməkliyi ilə də məlumatları dəyişə bilərsiniz. Onlar, aviaşirkətin dəyişikliklər üçün tarifə uyğun tələbləri haqqında məlumat verəcək və ya əlavə komissiya götürəcək.Əgər köməyə ehtiyacınız varsa, səhifənin aşağı hissəsindəki rəy formasında vəziyyəti təsvir edin və biletinizi əlavə edin. Bilet alış zamanı qeyd etdiyiniz e-mail ünvanına ödənişdən sonra 3 saat ərzində göndərilir.
Servis haqqında
Bilet al necə işləyir
Bilet al – bilet axtarışında və alışında köməklik göstərən xidmətdir. Daha ətraflı desək, xidmətimiz belə işləyir: Bilet al.az saytına daxil olursunuz, uçuşun istiqamətini və tarixlərini seçirsiniz, “Bilet tapmaq” düyməsinə basırsınız. Biz uyğun biletləri aviaşirkətlər və agentliklərdə axtarırırq. İstədiyiniz bileti seçin və qiymət düyməsinə basın. Biz sizi satıcının saytına yönəldirik - orada sərnişinlərin məlumatlarını doldurub bilet alırsınız. Satıcı isə biletin dəyişdirlməsində və qaytarılmasında köməklik göstərir. Ödənişdən sonra satıcı bileti e-mail ünvanınıza göndərir. Bilet al biletləri saxlamır, xidmət haqqı tələb etmir, aviaşirkətlər və agentliklər tərəfindən göndərilən qiymətləri göstərir. Satıcının saytında şəxsi kabinetinizdə alınmış bileti tapa, dəyişdirilməsini/geri qaytarılmasını tələb edə bilərsiniz. Bilet və səyahətlə bağlı hər hansı bir sualınız varsa, həmişə dəstək xidmətimizə yaza bilərsiniz.
Sayt necə işləyir
Axtarış forması Haradan və hara uçmaq istədiyinizi göstərin. Uçuş və qayıdış tarixini seçin - “Gediş” və ya “Dönüş” pəncərəsini bassanız təqvim açılır. Siz yalnız bir istiqamətdə uçacaqsınız? “Dönüş bileti lazım deyil” düyməsini basın. Sağdakı sahədə böyüklərin, uşaqların (2 yaşdan 12 yaşa qədər) və körpələrin (2 yaşa qədər) sayını göstərin. Orada xidmət sinfini seçmək olar - Ekonom, Komfort, Biznes və ya Birinci sinif. Gəliş şəhərində otelləri axtarmaq üçün “Booking.com yeni pəncərədə açın” qutusunu işarələyin. Hər şeyi etdiniz? Böyük narıncı düyməni basın - “Bilet tapmaq”. Əgər tətbiqdə axtarış edirsinizsə, axtarışdan əvvəl profilinizdə “Regional” ayarları seçin və ölkənizi qeyd edin. Bu halda sizə uyğun biletləri və tərəfdaşları görəcəksiniz. Axtarış nəticələri “Bilet tapmaq” düyməsinə basıldıqdan sonra ilk nəticələr axtarış tamamlanmadan əvvəl ekranda görünəcək. Bütün biletləri, o cümlədən ən ucuzları görmək üçün axtarışın bitməsini gözləyin. Uzun çəkmir - maksimum 30 saniyə. Əgər tətbiqdə axtarış edirsinizsə, axtarış siz istiqaməti və tarixləri seçdikdən sonra başlayacaq. Axtarış nəticələri – qiymətlər, gediş və gəliş tarixi və vaxtı, hava limanları, köçürmələrin sayı və uzunluğu, əl yükü və baqaj məlumatı, satıcı seçimləridir. Bilet al uçuşun xüsusiyyətlərini dərhal müəyyənləşdirir və onları simvollar şəklində göstərir. Məsələn, qum saatı (uzun köçürülmə) və ya yarım ay (gecə köçürülməsi) görmək olar. Həm saytda, həm də tətbiqdə birbaşa (əgər varsa) və köçürülməli uçuşları göstəririk. Müqayisə edin və ə rahatını seçin.Reysin nömrəsini və uçuş haqqında ətraflı məlumatı görməl üçün biletin özünə, açıldıqda isə “Ətraflı” düyməsini basın. Reysin nömrəsini və əlavə ətraflı məlumatı öyrənmək üçün biletə tıklayın. Biet açılanda isə “Ətraflı” düyməsini basın. Tərəfdaşımızın reys haqqında bizə ötürdüyü bütün məlumatı göstərəcəyik.Qrafik və qiymət cədvəli Qrafik və cədvəli yaxın tarixlərə və ya digər aylara olan qiymətlərlə müqayisə etmək üçün istifadə edin. Orada son həftə ərzində digər istifadəçilər tərəfindən tapılmış ən ucuz qiymətləri göstəririk. İstiqamət nə qədər populyar olsa, bir o qədər çox qiymət göstərlir. FiltrlərFiltrlərdən istifadə edərək, köçürülmə sayı, gediş və gəliş vaxtı, baqaj, köçürülmə müddəti, hava limanları, aviaşirkətlər və digər parametrləri seçərək özünüzə uyğunlaşıra bilərsiniz. Bilet al saytında filtrlər axtarış zamanı ekranın sol tərəfindədir, tətbiqdə isə “Filtrlər” düyməsi ekranın aşağı hissəsində yerləşir.Ən aşağı hissədə biletləri müxtəlif parametrlərə görə çeşidləyə bilərsiniz: “ilk olaraq tövsiyə olunan”, “əvvəlcə ən ucuz”, “gediş vaxtı” və s. İstədiyiniz seçimi əlavə edə və ya filtrləri yığışdıra bilərsiniz.Faydalı məsləhətlərBiletləri birbaşa gediş-gəliş almaq ayrı-ayrılıqda almaqdan daha sərfəlidir.Təqvimdə ən ucuz biletləri olan tarixlərin yaşıl olduğunu görəcəksiniz.Aviaşirkətlərin çoxu 2 yaşadək körpələrə yer verilməməsi şartilə endirimli biletlər təklif edir. Bu o deməkdir ki, körpə valideynin qucağında uçur. Aviaşirkətlərin bir qydası da var – körpələr ancaq boyüklərlə birgə uça bilər. Bir böyük iki körpə ilə uçursa, körpələrdən birinə yerli tam bilet alınmalıdır.Siz ancaq istiqaməti deyil, lazım olan hava limanını da qeyd edə bilərsiniz. Bunun üçün şəhəri qeyd edin və lazım olan hava limanını seçin.Biletin alınmasıBilet almağa keçməzdən əvvəl bilet kartına baxın.Kartda adətən uçuş haqqında məlumat var: uçuşu həyata keçirən aviaşirkət, gediş və gəliş şəhərləri, baqaj haqqında məlumat.Bilet kartında baqajsız tarifdirsə, baqaj satıcının saytında əlavə oluna bilər.Müvafiq biletin üzərinə klikləyin və müxtəlif satıcıların təkliflərini seçin. Bəyəndiyiniz təklifi üzərində qiymət göstərilən narıncı düyməni basaraq seçin.Sizi şirkətin saytına yönəldəcəyik. Satıcının saytına daxil olduqdan sonra sizə sadəcə sərnişin məlumatlarını doldurmaq, düzgün telefon və e-mail ünvanını daxil etmək və bank kartı məlumatlarını doldurmaq qalır.Məlumatlara diqqət yetirin:Sərnişinlərin ad, soyad, pasport məlumatını doğru qeyd etdiyinzdən əmin olun. Yazı səhvlərini düzəltmək çox vaxt ödənişlidir.Getdiyiniz ölkənin viza, passport və kovid tələblərin yoxlayın – tələblər tez-tez dəyişir. Paposrtunuzun bitmə vaxtının getdiyiniz ölkənin tələblərinə uyğun olduğunu dəqiqləşdirin.E-mail ünvanınızı düzgün daxil etdiyinizi yoxlayın – əgər onun yazılışında səhv etsəniz, bilet gəlməyəcək və onu əldə etmək üçün satıcı ilə əlavə əlaqə saxlamalı olacaqsınız.Və nəhayət, gediş və gəliş tarixlərini, şəhərləri və hava limanlarını yoxlayın — hər ehtimala qarşı.Ən son addım – biletin ödənişini edin. Satıcı bileti qeyd etdiyiniz e-mail ünvanına alışdan sonra göndərəcək.
Baqajla bileti necə tapmaq olar
Baqaj bilet kartında və ya satıcının saytında biletin alınması mərhələsində əlavə oluna bilər. Ancaq baqajlı biletləri tapmaq üçün baş səhifədə olan filtrlərdən istifadə edin. İstiqaməti və tarixləri qeyd edin, “Yalnız baqajla” slayderinə klikləyin. Əgər tətbiqdə axtarış edirsinizsə, axtarışdan əvvəl profilinizdə “Regional” ayarları seçin, ölkənizi və uyğun valyutanı qeyd edin. Bu halda sizə uyğun biletləri və tərəfdaşları görəcəksiniz. Tətbiqdə də həmən filtri seçin və “Hazırdır” düyməsini basın. Bu halda baqaj filtri axtarışda göstərilən bütün biletlərə tətbiq olunacaq.
Alış və uçuşa qeydiyyat
Uşaq biletini necə almaq olar
Bilet al-də böyüklər üçün biletlə yanaşı, uşaq üçün də bilet tapa bilərsiniz. Əsas ekranda, səfərin istiqamətini və tarixlərini göstərdiyiniz yerdə sərnişin kateqoriyasını seçin. Axtarışdan sonra siz uşaqlar üçün biletlər də daxil olmaqla bütün biletlərin ümumi qiymətini görəcəksiniz. 2 yaşdan kiçik körpələr 90% endirimlə, bəzən hətta tamamilə pulsuz uça bilər. Bu halda da uşaq üçün, onun öz adına, bilet alınır, amma tam ödəniş çıxılmır. Körpələrə oturacaq düşmür, onlar bütün uçuşu böyüklərin qucağında keçirməlidir. Adətən onlar üçün bir əl yükü yüri nəzərdə tutulur, bəzi tariflərdə isə – baqaj da daxildir. Qaydaları aviaşirkətlə dəqiqləşdirin. Aviaşirkətlərin də bir qaydası var - yersız yalnız bir körpə bir böyük ilə uça bilər. Bir böyük iki körpə ilə uçursa, körpələrdən biri ayrıca oturacaqlı uşaq bileti almalı olacaq. 2 yaşdan 12 yaşa qədər uşaqlar üçün biletin qiyməti adətən gediş haqqının 30%-nə, bəzən isə 50%-ə qədər artır. Onlara oturacaq və baqaj yeri verilir. Aviaşirkətlərin qaydaları fərqlənə bilər, uşaq biletləri haqqında məlumatı aviaşirkələ dəqiqləşdirin. 12, bəzən isə 14, yaşdan etibarən sərniçin böyük sayılır. Tək uşaq üçün bilet ala bilməzsiniz, uşaqlar böyüklərlə uçmalıdır. Lakin bir çox aviaşirkətlər öz nəzarətləri altında müşayiət xidməti göstərir. Əgər siz artıq alınmış biletə uşaq əlavə etmək istəyirsinizsə, satıcı ilə əlaqə saxlayın. Biletdə şirkətin adı qeyd olunur.Uşaq tək uça bilərmi 5-12 yaş arası uşaqlar 5-12 yaş arası uşaqlar təyyarədə böyüklər olmadan uça bilər. 2 yaşadək körpələr isə, məlum səbəblərdən, təyyarəyə tək buraxılmır. 2-5 yaş arası uşaqlar üçün isə aviaşirkətlərin qaydaları fərqlidir, buna görə, alışdan əvvəl qaydaları seçdiyiniz aviaşirkətin saytında dəqiqləşdirmək lazımdır. Uşağın tək uçması üçün siz “Daşıyıcının nəzarəti altında müşayiət olunmayan uşağın daşınmasının təşkili” və ya “Uşağı müşayiət etmə xidməti” xidmətindən istifadə edə bilərsiniz. Müraciət etmək üçün birbaşa aviaşirkətlə əlaqə saxlamalısınız. Uşağın ciddi sağlamlıq problemləri varsa, onun vəziyyəti haqqında tibbi arayış təqdim etmək lazımdır. Uşaqlar ancaq valideynlər deyil, həm də digər qohumlar, ailə dostları və ya yay düşərgəsi və məktəb işçiləri ilə ölkədaxili reyslə uça və ya uçuşdan qarşılana bilərlər. Əsas məsələ, aviaşirkətin bu sərnişin haqqında məlumatı olmasıdır. Hava limanına gəldikdə, sərnişinin üzərində şəxsiyyətini bildirən sənədlər olmalıdır. Müşayiətsiz uşağın beynəlxalq istiqamətdə səyahəti zamanı yalnız qanuni nümayəndələr uşağı yola salınan hava limanına çatdıra və reysə qeydiyyatdan keçirə bilər: valideynlər, övladlığa götürənlər, qəyyumlar və ya uşağın notarial qaydada təsdiq edilmiş nümayəndələri. qanuni nümayəndələrdən etibarnamə. Bu halda, uşağı reysə ancaq hava limanında qeydiyyatdan keçirmək mümkündür. 12 yaş və yuxarı uşaqlar 12 yaşından başlayaraq uşaq artıq yetkin sərnişin hesab olunur və müstəqil şəkildə ölkədən kənara səyahət edə bilər. Amma bəzi aviaşirkətlər bu yaşı 14 qaldırır. Həmçinin, gəldiyiniz ölkənin qaydalarından asılı olaraq, 18 yaşına çatmamış və tək səyahət edən sərnişindən hər iki valideynindən notarial qaydada təsdiq edilmiş sənəd tələb edilə bilər. Qaydaları aviaşirkətlə bilet almamışdan öncə dəqiqləşdirin.
Ev heyvanınızı özünüzlə aparmaq üçün nə etməlisiniz
Ev heyvanı təyyarənin salonuna aparıla bilər, qızdırılan yük anbarına və ya karqo kimi göndərilə bilər (bu ayrıca yük təyyarəsi ilə daşınmadır - çəkisi 50 kq-dan çox olan böyük itlər üçün uyğundur). Heyvanların daşınması əlavə olaraq ödənilir, qiymət ev heyvanının çəkisindən və daşıyıcının ölçüsündən asılıdır. Salonda Salona adətən ağırlığı 8 kq-a qədər olan heyvan qəbul edilir. O, oturacaq daşıyıcısının içində oturacağın altında yerləşdirilir. Bu o deməkdir ki, daşıyıcının hündürlüyü 20 sm-dən çox olmamalıdır. Daşıyıcının üç tərəfinin ölçülərinin cəmi 115 sm-dən çox olmamalıdır. Heyvanların daşınma qaydaları onların uçuşun sonunadək sizinlə olacağını nəzərdə tutur. Əgər siz quşla uçursunuzsa, qəfəs örtülü olmalıdır. Bəzi aviaşirkətlər salona buraxılan heyvanların çəkisini artırıblar. Aviaşirkətin saytında yoxlayın. Hansı sənədlər lazım olacaq Ölkədən və heyvanən növündən asılı olaraq, sənəd tələbləri fərqlənə bilər. Qaydaları bilet almaqdan öncə dəqiqləşdirin. Adətən bu sənədlər tələb olunur: Beynəlxalq nümunəli baytarlıq pasportu. Heyvanın sağlamlığı haqqında məlumat. Quduzluğa qarşı peyvənd. Çip. Bəzi hallarda heyvanınızın xüsusi dəyərinin olmaması barədə arayış, həmçinin heyvanın qanında quduzluq virusuna qarşı aticismlər titrinin müəyyən edilməsi haqqında arayış lazımdır (məsələn, Avropa, Israil, Yaponiya və bəzi ərəb ölkələrinə daxil olmaq üçün). Heyvanla səyahətə hazırlıq Hazırlıqlara mümkün qədər erkən başlayın - uçuşdan bir neçə ay əvvəl, bu halda bütün sənədləri toplamaq və lazımi peyvəndləri etmək üçün kifayət qədər vaxtınız olacaq. Bilet alarkən və ya onlayn alırsınızsa, dərhal sonra, mütləq aviaşirkətə zəng edin və heyvanın daşınmasına razılaşdırdığınızdan əmin olun. Bu, çox vacibdir, çünki təyyarənin növündən asılı olaraq, salonda və baqaj bölməsində daşınan heyvanların sayına məhdudiyyət qoyulur. Aviaşirkətlə heyvanın müəyyən bir təyyarədə daşınmasına icazə verildiyini təsdiqləmək lazımdır. Əlavə olaraq, bəzi aviaşirkətlərin itlərin cinsinə xüsusi tələbləri var. Bu məqam da aviaşirkətlə ayrıca dəqiqləşdirilməlidir. Aviaşirkət ilə razılaşdırıldıqdan sonra heyvanın bütün lazımi peyvəndləri və çipləri olduğundan əmin olun. Bütün sənədləri hazırlayın. Əgər son bir il ərzində ev heyvanınızı peyvənd etməmisinizsə, bunu uçuşdan ən geci bir ay əvvəl etməlisiniz. Növbəti addım daşıyıcı almaqdır. Heyvanı əvvəlcədən buna öyrətmək vacibdir ki, uçuş zamanı ev heyvanı özünü sakit və rahat hiss etsin. Daşıyıcının ölçüsü heyvana tam ayağa qalxmaq və tərpənmək imkanı verməlidir. Heyvanı yük salonuna verirsinizsə, daşıyıcının üzərinə məlumat yapışdırın. Heyvanın adını, öz adınızı, uçduğunuz istiqaməti, ünvanınızı və əlaqə nömrənizi qeyd edin. Əgər köçürülmə ilə uçursanız və köçürülmələr arasında aviaşirkət işçiləri heyvanı buraxacaqlarsa, daşıyıcının içinə xalta və qayış qoyun ki, ev heyvanınızı rahat gəzdirə bilsinlər. Xaltanın üzərinə heyvanın adını ingiliscə yazın. Daşıyıcının içində yemək və su qoyun ki, heyvan yol boyu rahat olsun. Uçuş vaxtından ən azı üç saat əvvəl hava limanına gəlin - ev heyvanınızı qeydiyyatdan keçirmək üçün vaxt lazımdır. Unutmayın ki, ev heyvanı ilə onlayn qeydiyyatdan keçmək mümkün deyil. Beynəlxalq reyslə yola düşərkən baytarlıq nəzarətindən keçmək lazımdır. Uçuş günü baytarla məsl heyvanı qiəhətləşmək yaxşıdır. O, heyvanın uçuşdan əvvəl qidalandırılması və sakitləşdirici fərmənlar haqqında tam məlumat verəcək.
Çarter reysi nədir
Bu, turoperator və ya başqa şirkət tərəfindən icarə əsnasında sifariş edilən uçuşdur. Daha aydın olması üçün təsəvvür edin ki, turizm agentliyi bir qrup insanı İtaliyanın əyalətinə bir yerə tətilə göndərmək istəyir, lakin hal-hazırda ora birbaşa uçuş yoxdur. Bu uçuşları yerinə yetirmək üçün turizm agentliyi təyyarəni ecarəyə götürür. Çarter reysi üçün bilet alarkən nələri yadda saxlamalısınız Alışdan sonra e-mail ünvanınıza vauçer göndərlir. Bilet isə uçuşdan bir gün əvvəl göndəriləcək. Çarter biletləri geri qaytarılmır. Planlarınız dəyişsə, bileti dəyişdirə bilməyəcəksiniz. Uçuş gecikdirilə və ya təxirə salına bilər. Bəzən uçuş şəhərin daxilində bir hava limanından digərinə köçürülür - buna da hazır olmaq lazımdır. Dəyişikliklər sizə telefon və ya e-mail vasitəsilə bildiriləcək. Həmişə onlayn qeydiyyatdan keçmək mümkün olmayacaq. Belə uçuşlar üçün aviaşirkətin milləri və bonusları hesablanmır. Çarterlərin bir əsas üstünlüyü var. Adətən adi uçuşlara nisbətən daha ucuz olurlar. Bu arada, bileti biletal.az saytında axtardığınız halda, uçuşun çarter olduğunu görə bilərsiniz. Bu məlumat bilet kartında və ya kartın içində qeyd olunur.
Hava limanına nə vaxt gəlmək lazımdır
Əgər siz artıq onlayn qeydiyyatdan keçmisinizsə və yalnız əl yükü ilə uçursunuzsa, uçuşdan təxminən bir saat yarım əvvəl hava limanına gələ bilərsiniz. Əgər qeydiyyatdan keçməmisinizsə və baqajla uçursunuzsa, daxili uçuşdursa 2,5 saat, beynəlxaxlq uçuşdursa – 3,5 saat əvvəl gəlmək məsləhət görülür. Bu halda siz tələsmədən qeydiyyat stolunu tapa, baqajı təhvil verə, yoxlamalardan keçə bilərsiniz. Onlayn qeydiyyatdan keçmisinizsə, ancaq baqajla uçursunuzsa, məsləhət əvvəlki bənddəki kimidir. Daxili uçuşdan 2,5 saat əvvəl, beynəlxalq uçuşdan 3,5 saat əvvəl gəlin.
Onlayn qeydiyyatdan necə keçmək olar
Aviaşirkətin saytı və ya daşıyıcıdan məktub vasitəsilə Qeydiyyat adətən uçuşdan 24 saat əvvəl açılır və uçuşdan 40 dəqiqə əvvəl bitir. Aviaşirkət poçtunuza qeydiyyat linki olan məktub göndərir. Əgər məktub gəlməyibsə, sadəcə aviaşirkətin saytına daxil olun, orada “Onlayn qeydiyyat” bölməsini tapın və göstərişlərə əməl edin. Qeydiyyatdan keçərkən sizə aşağıdakı məlumatlar lazımdır: sərnişinin soyadı və adı; sifariş kodu (və ya PNR - altı rəqəmli kod) və ya elektron bilet nömrəsi - onlar poçtunuza gələn marşrut qəbzindədir; alış zamanı qeyd etdiyiniz e-mail ünvanı; gediş hava limanı; bəzən — gediş tarixi və vaxtı, uçuş nömrəsi. Qeydiyyat zamanı siz yer seçə bilərsiniz, adətən bu xidmət ödənişlidir. Yer almamağı seçsəniz, sistem avtomatik olaraq oturacağı təyin edəcək. Minik talonu Onlayn qeydiyyatdan keçdikdən sonra siz minik talonunuzu elektron poçtla alacaqsınız. Hava limanında təqdim edəcəksiniz. Bəzi aviaşirkətlər və hava limanları minik talonunun şəklini də qəbul edir. Yəni sənədi çap etmək lazım deyil, sadəcə olaraq onu saxlayıb telefonunuzda göstərin. Bəzi hallarda təyyarəyə buraxılmaq üçün çap olunmuş minik talonu tələb olunur. Əgər baqajsız uçursunuzsa, qeydiyyat masasına getmək lazım olmayacaq. Sadəcə talonu xüsusi avtomatda çap edin – kənardan belə avtomatlar bankomata oxşayır. Adi printerdə çap olunan minik talonu da qəbul olunur. Bəzi aviaşirkətlər sərnişinlərin hava limanında qeydiyyatı və biletin çapı üçün əlavə rüsum tələb edir. Buna görə də, artıq ödəniş etmək istəmirsinizsə, uçuşdan əvvəl aviaşirkətlərin qaydalarını yoxlayın. Onlayn qeydiyyat mümkün olmadıqda Bəzi hallarda onlayn qeydiyyatdan keçmək mümkün deyil: bəzi hava limanlarından uçuş zamanı; 5-12 yaşlı (bazən 16 yaşadək) uşaq aviaşirkət nəzarəti altında, böyüklərsiz uçanda; heyvanlarla uçduğunuz halda. Bileti çap etmək lazımdır Qısa desək — yox. Marşrut qəbzi, bütün detalları — vaxt, gediş və gəliş hava limanı, sərnişin məlumatları və digərləri ilə uçuşda bir yerin alınmasını təsdiqləyən elektron biletdir. Bilet sifariş zamanı qeyd etdiyinin e-mail ünvanına gəlir. Ödənişdən sonra adətən 3 saat kifayətdir ki, satıcı bileti göndərsin.Hava limanında marşrut qəbzini göstərməyə ehtiyac yoxdur. Məlumatlarınız artıq aviaşirkətdə var, belə ki, uçuşa qeydiyyat üçün yalnız pasport lazımdır. Uçuş üçün minik talonuna ehtiyacınız var. Onu hava limanında qeydiyyat masasında, özünü qeydiyyat avtomatında və ya onlayn qeydiyyat zamanı əldə edə bilərsiniz. Onlayn qeydiyyatdan keçsəniz, minik talonu e-mail ünvanınıza göndəriləcək. Onu telefona yükləyə və ya çap edə biləsrinis. Bəzi aviaşirkətlər hava limanında bilet çap etmək üçün əlavə ödəniş tələb edir. Bunu çox vaxt loukosterlər edir. Buna görə də, əlavə ödəniş etmək istəmirsinizsə, yola düşməzdən əvvəl aviaşirkətlərin qaydalarını yoxlayın. Bilet poçta gəlməyibsə, Spam qovluğunu yoxlayın - məktublar orada bitir. Daha ətraflı məlumat üçün bu məqaləni oxuya bilərsiniz: “Mənə Bilet gəlmədi”.
Baqaj necə əlavə olunur
Alınmış biletə necə baqaj əlavə etmək olar Alışdan sonra biletə baqaj əlavə edə bilərsiniz. Bunun üçün siz bron kodunu və ya bilet nömrəsini, sərnişinin soyadını və ya bron edildiyi e-poçt ünvanını bilməlisiniz. Alınmış biletə baqaj əlavə etməyin bir neçə yolu var: İlk növbədə, internet saytında və ya uçduğunuz aviaşirkətin zəng mərkəzində şəxsi kabinetiniz vasitəsilə baqajı əlavə etməyə çalışın. Aviaşirkət vasitəsilə əlavə edə bilmirsinizsə, satıcıya müraciət edin. Satıcının adı biletdə qeyd olunur. Satıcının saytına daxil olun və “Baqaj əlavə et” funksiyasının olub olmadığını yoxlayın. Şəxsi kabinetə daxil olmaq üçün sizə biletdəki bron nömrəsi, sərnişinin soyadı və ya sifariş üçün istifadə olunan e-mail ünvanı lazımdır. Əgər siz baqajı satıcının saytında əlavə edə bilmirsinizsə, satıcı ilə poçt, rəy forması və ya telefonla əlaqə saxlayın. Sorğu göndərmək üçün sizə bron nömrəsi, soyadınız və biletin göndərildiyi e-mail lazımdır. Və son seçim hava limanında qeydiyyat kassasında baqajın ödənilməsidir. Amma bu halda əlavə baqaj daha baha olacaq. Yalnız bir sərnişinə baqajı necə əlavə etmək olar Bron bütün sərnişinlər üçün eyni parametrlərə malik olmalıdır. Yəni, bütün biletlər baqajla və ya əksinə - baqajsız olmalıdır. Yalnız bir sərnişinə baqaj lazımdırsa, iki ayrı bron edin - biri baqajsız, digəri isə baqajla. Bu ancaq hər iki sərnişinin böyük olduğu halda mümkündür – aviaşirkətin tələblərindən asılı olaraq, 12 və ya 16 yaşdan yuxarı. İkinci variant: ancaq əl yükü ilə bilet alın, sonradan sərnişinlərdən birinə baqaj əlavə edin.Özünüzlə götürə biləcəyiniz baqajın ölçüsünə və maksimal çəkisinə necə baxmaq olar Bütün aviaşirkətlərin baqaj normaları fərqlidir. Bilet axtarış mərhələsində əgər satıcı bu məlumatı bizə çatdırıbsa, biletinizə neçə kiloqram daxil olduğunu göstərəcəyik. Əgər baqaj daxil deyilsə, daxil olması üçün tələb olunan məbləği qeyd edirik. Satıcı bəzən baqajın çəkisi haqqında məlumat vermir. Siz bileti alarkən dəqiq ölçülərə baxa və biletə neçə kiloqram baqajın daxil olduğunu öyrənə biləcəksiniz. Əgər satıcı bizə baqajın çəkisi haqqında tam məlumatı ötürübsə, onu biletdə göstəririk.. Əl yükü qaydalarına harada baxım Biletdə və ya aviaşirkətin saytında Biletdə özünüzlə nə qədər baqaj və əl yükü götürə biləcəyiniz, onların icazə verilən ölçüləri və çəkisi göstərilir. Orada kifayət qədər məlumat yoxdursa, aviaşirkətin saytına daxil olun və daşıma qaydaları ilə bölməni açın. Böyük ölçülü baqaj daşımaq lazımdırsa, bütün şərtləri öyrənmək və detalları müzakirə etmək üçün aviaşirkətlə əlaqə saxlayın. Nəyin daşınması qadağandır Partlayıcı və tez alovlanan maddələr: fişənglərin istənilən növləri, döyüş sursatları, alışan yanacaq (dizel, benzin), kibritlər və alışqanlar, aerozol balonlarında rənglərin və rəngin həllediciləri, 70%-dən çox spirt miqdarıyla alkoqollu içkilər, spirt. Zəhərli, kaustik, aşındırıcı maddələr. O cümlədən qələvilər və turşular, qaz balonları, civə, xlor, bioloji təhlükəli maddələr (məsələn, viruslar), zəhərlər və kimyəvi maddələr, radioaktiv maddələr. Xüsusi hallar istisna olmaqla, odlu silahlar. Aviaşirkət silahları yalnız sərnişinin saxlamağa və daşımağa icazəsi olduqda daşımaq üçün qəbul edə bilər. Silah daşınarkən, o, yalnız onun üçün xüsusi hazırlanmış qutuda boşaldılmış və sökülüb baqaj bölməsində ola bilər. Yeri gəlmişkən, silahı təqlid edən oyuncaqlar nə qədər zərərsiz olsalar da, əl yükündə qadağandır. İxrac üçün qadağan olunmuş məhsulların, əşyaların və dərmanların siyahısını yoxlamağa əmin olun - bəzi ölkələrdəki qaydalar sizi mütləq təəccübləndirəcək. Məsələn, Taylanddan qabıq ixrac etmək qadağandır və tərkibində kodein varsa, uşaq öskürək siropu ilə Birləşmiş Ərəb Əmirliklərinə uça bilməzsiniz. Əl yükü üçün digər məhdudiyyətlər Ümumilikdə, əl yükündə bir litrdən çox maye daşıya bilərsiniz, lakin hər şüşənin həcmi 100 ml-dən az olmalıdır. Bu məhdudiyyətlər “duty free”-dən alınan mayelərə şamil edilmir. Qeyd edək ki, köçürülmə vaxtı “duty free”-dən aldıqlarınızı əsas baqaja qoymağınızı tələb edə bilərlər. Uşaq qidası istisnadır. O, 100 ml normaya uyğun gəlməməlidir, əgər siz uşaqla uçursunuzsa, təyyarəyə uşağa lazım olan qədər maye götürə bilərsiniz. Dərman vasitələrinin daşınması ilə bağlı - sualınız varsa, təyinat ölkəsinin gömrük qaydalarını və icazəli dərman komponentləri siyahısını əvvəlcədən öyrənmək və ya səfirliklə məsləhətləşmək daha yaxşıdır. Şprisləri və iynələri daşımaq üçün onlarla uçmaq ehtiyacını təsdiqləyən tibbi sənədlər də almalısınız (həkim resepti, məsələn). Yaralanmaya səbəb ola biləcək hər hansı əşyalar, məsələn, hər hansı deşici və kəsici əşyalar (qayçı, bıçaq, dırnaq qayçısı və digər iş alətləri) əl yükündə daşına bilməz. Gücü 160 Vt / saatdan çox olmadıqda, paver bank daşınıla bilər. Aviaşirkətin saytında məlumata baxın, çünki əlavə qaydalar ola bilər. Aerozollar, o cümlədən dezodorantlar, qabın həcmi 100 ml-dən az olsa belə, kabin baqajında “yanıcı” etiketli maddə kimi qadağandır. İdman avadanlıqları da salona aparıla bilməz - xizəklər, snoubordlar, velosipedlər, sörf lövhələri və dalğıc avadanlıqları baqaja göndərilir. Bəzən şirkətlər hətta baqajdan əlavə, mövsümi idman avadanlıqlarının pulsuz daşınmasını da tətbiq edirlər. Daşıyıcının saytında şərtləri əvvəlcədən yoxlayın. Qeyri-adi bir şey daşımazdan əvvəl əlavə icazələrin lazım olub-olmadığına və əşyalarınızın sərhəddə aparılıb-aparılmayacağına şübhə edirsinizsə, aviaşirkətlə əvvəlcədən məsləhətləşin. Bunun üçün əvvəl aviaşirkətin saytnı yoxlayın. Əgər orada lazım olan məlumatı tapmasanız, dəstək xidməti ilə əlaqə saxlayn.