Wizz Air Abu Dabiyə bütün uçuşları dayandırır

Wizz Air Abu Dabiyə bütün uçuşları dayandırır

Aşağı büdcəli “Wizz Air” aviaşirkəti Yaxın Şərqdəki əməliyyat problemləri və geosiyasi hadisələrlə əlaqədar sentyabrın 1-dən Əbu-Dabiyə bütün uçuşları dayandırır.
Bununla əlaqədar sentyabrın 1-dən Bakı-AbudabiQəbələ-Abudabi reysləri dayandırılacaq.

"Təchizat zəncirindəki məhdudiyyətlər, geosiyasi qeyri-sabitlik və məhdud bazara çıxış bizim ilkin ambisiyalarımızı qoruyub saxlamağı getdikcə çətinləşdirib. Bu çətin qərar olsa da, şəraiti nəzərə alaraq bu, düzgün qərardır", - CEO József Váradi bildirib.

Wizz Air mərkəzi və Şərqi Avropadakı əsas bazarlara, eləcə də Avstriya, İtaliyaBöyük Britaniya kimi ölkələrə diqqət yetirəcək.

Azerbaijan-Airlines
Pakistan-Airlines
Turkish-Airlines
Qatar-Airways
Fly-Emirates
Etihad-Airways